Co Baydenin prezidentliyi dövründə Vaşinqtondan Kiyevə hərbi dəstəyin ümumi həcmi 54,4 milyard dolları ötüb.
Tvit.az xəbər verir ki, bu barədə Pentaqondan bildirilib.
“ABŞ Bayden administrasiyasının başlanğıcından ukraynaya 54,4 milyard dollardan çox təhlükəsizlik yardımı ayırıb”, – deyə bəyanatda deyilib.
Xatırladaq ki, bundan başqa, ABŞ Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketi elan edib.
Aysel Şirinova