Türkiyə ordusu İraqın şimalında “Claw-Lock” əməliyyatı bölgəsində 9 PKK terrorçusunu məhv edib.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə nazirliyi məlumat yayıb.
“Terrorçuların bütün yuvaları dağıdılacaq, bir şəhidin qanı belə yerdə qalmayacaq. İraqın şimalında “Pəncək-kilid əməliyyatı” bölgəsində aşkarlanan 9 PKK terrorçusu zərərsizləşdirilib”,- deyə məlumatda bildirilib.
Elmin Alışov