18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

İsrail Livan əhalisinə xəbərdarlıq etdi

İsrail ordusu Livanın sərhəd bölgəsinin sakinlərinə havadan “xəbərdarlıq” vərəqələri atıb.

Tvit.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Məlumata əsasən vərəqələrdə Hizbullahın İsrail dövlətinə qarşı fəaliyyət göstərmək üçün mülki vətəndaşların iş yerlərinə, əkinçilik sahələrinə və evlərinə sızdığı, mülklərdən terror planları məqsədilə istifadə etdiyi vurğulanıb. Bundan əlavə xəbərdarlıq vərəqələrində cənub sakinlərinin öz təhlükəsizlikləri üçün Hizbullahı dayandırmalı və bölgədə diqqətli olmaları lazım olduğu vurğulanıb:

“Əsl təhlükə Hizbullah üzvlərinin mülki ərazilərdə gizlənməyə davam etməsidir. Bu da sizə zərər verir”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR