İsraillə Hizbullah arasında müharibə qaçılmaz olduğu bildirib.
Tvit.az xəbər verir ki, bu barədə Logistika Komandanlığının rəhbəri general-mayor Rafi Milo bildirib.
Onun sözlərinə görə İsrail şimalda Hizbullahla müharibənin başlaması üçün ilkin tarix müəyyən edib: “Şimalda vəziyyət cənubdan qat-qat pisdir. Hizbullah ilə hərbi qarşıdurma qaçılmazdır və biz buna hazırlaşırıq”, o əlavə edib.
Qeyd edək ki, İsrail Livanla sərhədə 100 min əsgər yerləşdirib.