21 C
Baku
Bazar, Sentyabr 22, 2024

Bizə yaz

İstanbulun mərkəzində partlayış: Ölənlər və yaralılar var

İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib.

Tvit.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.

İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.

Yerlikaya açıqlamasında bunları deyib:

“Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var. Hadisələr ictimaiyyətlə paylaşılacaq”.

Partlayışın səbəbi hələlik məlum deyil.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki,
İstanbulda partlayışda ölənlərin sayı 6 nəfərdir. 4 nəfər hadisə yerində həyatını itirib. Yaralı sayı 53-dür.

Türkiyə lideri diqqətə çatdırıb ki, bu rəqəmləri İstanbul valisindən əldə edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR