16 C
Baku
Bazar, Sentyabr 22, 2024

Bizə yaz

Liz Trass: “Britaniya Ukraynanı dəstəkləməyə davam etməlidir”

Baş nazir postundan istefa verən Liz Trass “Dauninq Strit” küçəsindəki iqamətgahı qarşısında son dəfə çıxış edib.

Tvit.az xəbər verir ki, o, Baş nazir olmağın böyük şərəf olduğunu deyib.

Liz Trass bildirib ki, hökumət zəhmətkeş ailələr və biznes sahəsi üzrə təcili və qətiyyətlə hərəkət edib.

O qeyd edib ki, Britaniya “Brexit”in gətirdiyi azadlıqlardan istifadə etməlidir.

Sabiq Baş nazir əlavə edib ki, ölkəsi Ukraynanı dəstəkləməyə davam etməlidir.

Çıxışdan sonra Liz Trass istefasını rəsmi olaraq Karl Çarlza təqdim etmək üçün Bekinqem sarayına yola düşüb. Liz Trassdan dərhal sonra isə Kral Rişi Sunak ilə görüşəcək və onu rəsmi olaraq hökumət kabinetini qurmağa çağıracaq. Daha sonra isə Rişi Sunak Baş nazir iqamətgahı qarşısında ilk dəfə çıxış edəcək. (APA)

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR