16 C
Baku
Bazar, Sentyabr 22, 2024

Bizə yaz

Putin: NATO və Rusiya qoşunlarının birbaşa toqquşması qlobal fəlakətə gətirib çıxaracaq

NATO qoşunları ilə Rusiya ordusu arasında birbaşa toqquşma çox təhlükəli addımdır. Bu, qlobal fəlakətə gətirib çıxaracaq.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

“İstənilən halda, hansısa qoşunların birbaşa təmasda olması, Rusiya ordusu ilə birbaşa toqquşmalara cəlb edilməsi qlobal fəlakətə gətirib çıxara biləcək çox təhlükəli addımdır. Ümid edirəm ki, bu barədə danışanların belə təhlükəli addımlar atmamaq üçün ağlı-düşüncəsi kifayət qədərdir”, – Putin Kiyevdə vəziyyətin fəlakətli olacağı təqdirdə NATO-nun Ukrayna ərazisinə qoşun yeritməsinin mümkün olub-olmaması ilə bağlı suala cavabında qeyd edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR