2020-ci ildə Azərbaycanda 1 414 min ton çörək istehsal edilib.
Dövlət Statistika Komitəsindən Tvit.az-a verilən məlumata görə, bu göstərici 2019-cu illə müqayisədə 12,5% artıb.
Təkcə dekabr ayında ölkədə 119,6 min ton çörək istehsal olunub ki, bu da noyabr ayı ilə müqayisədə 1,1% və ya 1,3 ton çoxdur.