Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.
Tvit.az “armenpress”ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 26-da axşam Yelisey Sarayında Ermənistanın Baş naziri ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutacaq.