Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Co Baydenin inauqurasiya mərasimi keçirilib. ABŞ Milli Qvatdiyasının 25 min hərbçisinin təhlükəsizliyini qoruduğu tədbirdə keçmiş prezidentlər – Barak Obama, Corc Buş, Bill Klinton, Baydenin komandasında görmək istədiyi şəxslər və müxtəlif ölkələrdən rəsmi qonaqlar iştirak edib. ABŞ tarixində sayca 59-cu andiçmə mərasimində əvvəlcə vitse-prezident Kamala Harris and içib. Daha sonra Bayden konstitusiya məhkəməsi hakimin sözlərini təkrarlayıb. O, ölkə konstitusiyasına sadiq qalacağnı vəd edib. Daha sonra Bayden tribunaya yaxınlaşaraq, prezident kimi ilk çıxışını edib.
Baydenin inauqurasiya mərasimi keçirildi
Oxunub: dəfə