Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 469 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.
Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı saytında bildirilib. Ümumilikdə Gürcüstanda koronavirusa yoluxanların sayı 249 934, ölənlərin sayı isə 2 987 nəfərə çatıb.