Rusiya Prezidenti Vladimir Putin bu il də ənənəvi dini mərasimlə əlaqədar buzlu suya girib. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bir çoxları ondan Putinin Epifani mərasimində iştirak edib-etmədiyini soruşur. “Ənənəvi olaraq o, bunu edir. Putin ənənələri dəyişdirmir” – deyə, Peskov bildirib. Qeyd edək ki, provaslavlar İsa peyğəmbərin doğum günü və xaç suyuna salınma mərasimi münasibətilə hər il Epifani mərasimi keçirsə də, bir çoxları Rusiya prezidentinin koronavirus təhlükəsilə əlaqədar bu il bunu etməyəcəyini düşünürdü.
Putin ənənəni pozmadı, bu il də Xaç suyuna girdi
Oxunub: dəfə