18 C
Baku
Bazar, Sentyabr 22, 2024

Bizə yaz

FTX Darya Duqinanın qətlinin üstünü açıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinanın qətlinin üstünü açıb.

Tvit.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Müəyyən edilib ki, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər.

Qətl günü Vovk Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olublar. Vovk qətli törədəndən sonra – 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib”, – deyə məlumatda qeyd olunub.

İstintaq materiallarının Rusiya Federasiyasının İstintaq Komitəsinə verildiyi bildirilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR