İranda son sutka ərzində daha 5917 nəfərdə koronavirus aşkarlanıb, 87 nəfər ölüb.
Tvit.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Ümumilikdə İranda virusa yoluxanların sayı 1 342 134 nəfərə, ölənlərin sayı 56 973-ə çatıb.