Əsir götürülən Ukrayna hərbçilərinin ümumi sayı 6,4 mini keçib.
Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
“Beş gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 126 hərbçisi təslim olub, onların ümumi sayı 6 489 nəfərdir”, – Şoyqu xüsusi hərbi əməliyyatın aralıq nəticələri barədə danışarkən qeyd edib.