22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Kreml Putin-Paşinyan görüşündə müzakirə olunacaq məsələləri açıqlayıb

Aprelin 19-da Rusiya Prezidenti Vladimir Putin Moskvada rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Tvit.az APA- ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, danışıqlarda Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlər daxil olmaqla, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağla bağlı 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının gedişatına nəzər yetiriləcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR