22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

KİV: Mariupolda məsciddə girovluqdan azad olunan müsəlmanlar Azərbaycan vətəndaşlarıdır

Mariupolda məsciddə girovluqdan azad olunan müsəlmanların Azərbaycan vətəndaşları olduğu bildirilir.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə “realnoevremya.ru” internet nəşri məlumat yayıb.

Qeyd edək ki, aprelin 17-də Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə Mariupol şəhərinin azad edilməsi üzrə hücum fəaliyyəti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın müraciəti əsasında aprelin 16-da Primorski rayonunda ukraynalı hərbçilərinin türk məscidində saxladığı girovların azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirildiyini bildirib.

Onun sözlərinə görə, əməliyyat nəticəsində məscid mühasirədən çıxarılıb və 29 silahlı, o cümlədən əcnəbi muzdlular məhv edilib.

MDB ölkələrindən birinin vətəndaşları olan girovlar azad edilərək təhlükəsiz yerə aparılıb.

“Realnoevremy.ru” internet nəşri girovluqdan azad olunanların Azərbaycan vətəndaşları olduğunu bildirib.

Bildirilib ki, Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunan Mariupol məscidi həm də eyniadlı İslam mədəniyyət mərkəzidir.

Qanuni Sultan Süleyman və Roksolananın şərəfinə ucaldılan məscidin açılışı 2007-ci il oktyabrın 15-də təntənəli şəkildə baş tutub.

Açılışda Türkiyənin tikinti, memarlıq, mənzil-kommunal təsərrüfatı naziri Faruk Nafiz Özak və onun 3 müavini o cümlədən yüksək vəzifəli şəxslər iştirak edib.

Məscidin tikintisinə Mariupol mərkəzi bazarının direktoru Salih Cihan və şəhərin azərbaycanlı icmasının üzvləri sərmayə qoyublar.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR