22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Kreml: Ukraynada qarşıya qoyulan vəzifələr yerinə yetiriləcək

Kreml Ukraynadakı xüsusi əməliyyatın bütün vəzifələrinin yerinə yetiriləcəyinə şübhə etmir.

Tvit.az APA-ya istinadən müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əsas odur ki, Ukraynanı bu millətçi batalyonlardan azad edək. Əməliyyat davam edir və qarşıda duran vəzifələr hamıya məlumdur. Onlar yerinə yetirilməlidir və yetiriləcək. Buna heç bir şübhə olmamalıdır”, – Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, millətçi batalyonların mülki vətəndaşları girov götürmədiyi, sosial obyektlərə atəş açmadığı yerlərdə dinc həyat bərqərar olur.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR