22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Mariupolda 10 mindən çox mülki şəxs öldürülüb

Ukraynanın Mariupol şəhərində 10 mindən çox mülki şəxs öldürülüb.

Tvit.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə şəhərin meri Vadim Boyçenko “Associated Press“ə açıqlamasında bildirib. O, qeyd edib ki, mühasirədə qalan şəhərdə ümumilikdə ölənlərin sayının 20 mindən çox olduğu ehtimal edilir.

Mer hücumlar və çatışmazlıqlar səbəbi ilə küçələrin meyitlərlə dolu olduğunu, Rusiya qüvvələrinin şəhərə humanitar yardımları blokladığını qeyd edib.

Boyçenko Rusiyanın həlak olanların meyitlərinin yandırılması üçün əraziyə mobil krematoriya avadanlıqları gətirdiyini, meyitlərin soyuducu və anbarların olduğu böyük ticarət mərkəzlərinə aparıldığını deyib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR