22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Gürcü nazir: “ÜST tezliklə pandemiyanın başa çatdığını elan edəcək”

Ümid edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tezliklə pandemiyanın başa çatdığını elan edəcək.

Tvit.az xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili deyib.

“Mən ümid edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir neçə il əvvəl pandemiyanın başladığını elan etdiyi kimi, tezliklə onun başa çatdığını elan edəcək”, – nazir vurğulayıb.

Zurab Azaraşvili Gürcüstanda yoluxanların sayının kifayət qədər aşağı olduğunu və onların xəstəxanaya yerləşdirilmə nisbətinin nəzərəçarpacaq səviyyədə azaldığını qeyd edib.

Səhiyyə naziri əlavə edib ki, hazırda virusla bağlı Gürcüstanda tətbiq edilən yeganə məhdudiyyət qapalı məkanlarda tibbi maskanın istifadəsidir və bu qaydanın ləğvi üçün digər ölkələrdəki addımlar müşahidə edilir.

Nazir qaydanın ləğvinin hələ ki nəzərdən keçirilmədiyini vurğulayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR