22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Peskov: “İtkilər barədə Rusiya MN-in məlumatına əsaslanmışam, bu ki, əhəmiyyətli rəqəmdir”

Ukraynada keçirilən xüsusi əməliyyat zamanı çoxsaylı itkilər barədə danışarkən Rusiya Müdafiə Nazirliyinin yaydığı son məlumatlara əsaslanmışam.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Əlbəttə ki, Rusiya Müdafiə Nazirliyinin rəqəmlərinə əsaslanmışam. Bizdə yalnız Müdafiə Nazirliyinin açıqladığı rəqəmlər var. Bu ki, əhəmiyyətli rəqəmdir”, – Kremlin sözçüsü vurğulayıb.

Müdafiə Nazirliyi martın 25-də Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya ordusunun itkiləri barədə məlumat yayıb. Həmin məlumatda Rusiyanın 1351 hərbçisinin həlak olduğu, 3800-dən çox yaralısının olduğu bildirilib.

Aprelin 7-də isə Peskov Britaniyanın “Sky News“ telekanalının efirində Ukraynada xüsusi əməliyyat zamanı rus hərbçilərinin əhəmiyyətli itkilərini böyük faciə adlandırıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR