21 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Nobel Sülh Mükafatına Zelenskinin namizədliyi irəli sürülüb

Keçmiş və indiki avropalı siyasətçilər ukraynalıların və Ukrayna prezidenti Vladimir Zelenskinin namizədliyini Nobel Sülh Mükafatına irəli sürüblər.

Tvit.az xəbər verir ki, bu barədə APA MIGnews.com-a istinadən məlumat yayıb. Məlumata görə, mükafat komitəsinin saytındakı müraciətdə deyilir.

Siyasətçilər “tarixi və görünməmiş hadisələr fonunda” Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi müddətini bu il martın 31-dək uzatmağın zəruriliyini elan ediblər.

“Bu, prezident Zelenskinin və Ukrayna xalqının Nobel Sülh Mükafatına namizədliyini təmin etmək üçün lazımdır”, – təşəbbüs müəllifləri vurğulayıblar.

Müraciətin mətnində deyilir ki, dünya Ukraynadakı müharibədən şoka düşüb.

“Milyonlarla ailə qorxu içində yaşayır, onların evləri bombardmanlar və işğalçı ordu tərəfindən təhdid edilir. Biz Rusiya Federasiyası ilə müharibəyə qarşı çıxan Ukrayna xalqının cəsarətinin şahidiyik”, – təşkilatçılar bildirib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR