21 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Rusiya BMT məhkəməsinin müharibəni dərhal dayandırmaq qərarına əməl etməyəcək

Moskva BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Rusiyanın Ukraynada hərbi əməliyyatları dərhal dayandırmasına dair qərarını qəbul edə bilməz.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Yox, biz bu qərarı nəzərə ala bilmərik. Beynəlxalq məhkəmədə tərəflərin razılığı kimi bir şey var. Burada heç bir razılaşma ola bilməz. İndiki halda bu, diqqətə ala bilməyəcəyimiz bir şeydir”, deyə Kremlin sözçüsü Rusiyanın BMT Beynəlxalq Ədalət Məhkəməsinin qərarını diqqətə alıb-almayacağı ilə bağlı suala cavabında deyib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR