21 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Medinski: “Ukrayna silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını təklif edir”

Kiyev danışıqlarda Ukraynada öz ordusuna malik olmaqla silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını yaratmağı təklif edir.

Tvit.az APA-ya istinadən məlumat verir ki, bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib.

“Ukraynanın neytral statusunun qorunub saxlanılması və inkişafı, Ukraynanın demilitarizasiyası – Ukrayna ordusunun ölçüsü ilə bağlı bir sıra kompleks məsələlər müzakirə olunur. Ukrayna neytral silahsızlaşdırılmış dövlətin Avstriya, İsveç versiyasını, lakin bununla yanaşı, öz ordusu və dəniz qüvvələrinə malik olmağı təklif edir. Bütün bu məsələlər Rusiya və Ukraynanın Müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində müzakirə olunur”, – Medinski qeyd edib.

Rusiya nümayəndə heyətinin rəhbəri xatırladıb ki, Ukrayna indi də neytral statusa malikdir: “Məhz neytrallıq şərti ilə Ukrayna 1991-ci ildə Sovet İttifaqından çıxdı və bu neytrallıq Ukraynanın Suverenlik Bəyannaməsində yazılıb”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR