21 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Putinin köməkçisi: “Ukrayna ilə danışıqlar ağır gedir”

Kiyevlə danışıqlar ağır, ləng gedir, amma Rusiya səmimi şəkildə sülhə tezliklə çatmağa çalışır.

Tvit.az xəbər verir ki, bu barədə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski açıqlama verib.

Medinski həlli çətin olan bir çox məsələlərdən kompromis əldə ediləcək məqamların üzə çıxarılmasını, onların əsasında sülh sazişinə doğru irəliləməli olduqlarını qeyd edib.

“Biz istərdik ki, danışıqlar daha sürətlə getsin, bu Rusiya tərəfinin səmimi istəyidir. Biz tezliklə sülhə çatmaq istəyirik. İnanın ki, bizim dövlətin istəyi və Prezidentin qoyduğu tapşırıq Ukrayna torpağında sülhün təmin olunmasıdır. Biz sülhpərvər, neytral və bizə qarşı NATO-nun platsdarmı, kənar qüvvələrin bizə zərər vurmaq istədiyi forpostu olmayan ölkə görmək istəyirik”, – Medinski vurğulayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR