22 C
Baku
Cümə axşamı, Sentyabr 19, 2024

Bizə yaz

Tacikistan və Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədrləri görüşüblər

Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saimumin Yatimov qırğızıstanlı həmkarı Kamçıbek Taşiyev ilə iki ölkənin sərhəddində baş vermiş silahlı münaqişəni müzakirə edib.

Tvit.az-ın xəbərinə görə, bu barədə Tacikistan informasiya agentliyi “Asia-Plus” məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, komitə rəhbərləri arasında təxminən iki saat davam edən görüşün sonunda heç bir protokol imzalanmayıb.

Xatırladaq ki, yanvarın 27-də axşam saatlarında Tacikistan-Qırğızıstan sərhədçiləri arasında silahlı toqquşma olub. Sərhəddə baş verən toqquşmada Tacikistanın iki vətəndaşı həlak olub, on vətəndaşı yaralanıb. Tərəflər gecə saatlarında tam atəşkəs, sərhədə cəlb edilən əlavə qüvvə və vasitələrin çıxarılması, Batken-İsfan avtomobil yolunun hərəkətə açılması və münaqişənin qarşısının alınması məqsədilə sərhədyanı ərazilərdə birgə patrulun aparılması barədə razılığa gəliblər.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR