19 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

“Buna görə cavab verməlidirlər!” – ölən erməni əsgərlərin valideynlərinin tələbi

Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı ölən erməni əsgərlərin valideynləri İrəvandakı İstintaq Komitəsinin qarşısında etiraz aksiyası keçirib. Onlar Qarabağ müharibəsində komandirlərin səhlənkarlığı ilə bağlı araşdırmaların aparılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını istəyirlər. “Özümüz gedib oğlumuzun cəsədini tapdıq. Hələ noyabr ayında əsgərlərin komandirlərin səhv əmrləri üzündən ölmələrinə dair məlumatlar təqdim etdik. Onları yanlış istiqamətlərə apardılar, səhv qərarlar verdilər. Buna görə cavab verməlidirlər” – deyə, ölən hərbçi Mxitar Mxitaryanın atası Qarik Mxitaryan bildirib. Qeyd edək ki, bir qrup etirazçı artıq İstintaq Komitəsinə müvafiq məlumatları təqdim edib. Onlar müstəntiqlərin daha sürətli və səmərəli işləməsini tələb ediblər.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR