BMT-nin Baş katibi Antonio Quterreş dünyada sülh və qlobal atəşkəsin təmin edilməsi yolunda iki böyük problemin olduğunu bildirib.
Tvit.az RİA Novosti-yə istinadən xəbər verir ki, Baş katib deyib ki, bu problemlərdən birincisi, inamsızlıq, ikincisi isə destruktiv qüvvələrdir.
Quterreş onu da qeyd edib ki, silahlı qarşıdurmaların çoxu daxili münaqişələrdi: “Bir çox başqa ölkələr digər ölkələrin daxili qarşıdurmalarında iştirak etməklə vəziyyəti çətinləşdirirlər”.