İndoneziyada qəzaya uğrayaraq Yava dənizinə düşən sərnişin təyyarəsinin qalıqları tapılıb. Ölkənin Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, təyyarənin qalıqları Laki və Lankanq adaları arasında suyun 12 metr dərinliyinə düşüb. Hazırda qalıqların sahilə çıxarılması həyata keçirilir. Artıq mütəxəssislər “qara qutu”ların yerini də müəyyən edib. Bildirilir ki, “qara qutu”ların üzə çıxarılması uzun zaman almayacaq. Yalnız cihazların oxunmasından sonra qəzanın başvermə səbəbləri məlum olacaq. Xatırladaq ki, ötən gün İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizində qəzaya uğraması nəticəsində 65 nəfər – 10-u uşaq olmaqla, 53 sərnişin və 12 ekipaj üzvü həlak olub.
İndoneziyada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı
Oxunub: dəfə