18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Ermənistanda 15 nəfər pizzadan zəhərlənib

Ermənistanın paytaxtı İrəvan şəhərində pizzadan kütləvi zəhərlənmə baş verib.

Tvit.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 15 nəfər bağıraq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdən ikisi – 10 və 13 yaşlı uşaqlardır.

Xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR