Xilasedicilər Batumidə yaşayış binasının dağıntıları altından daha bir ana və uşağının meyitini çıxarıb.
Tvit.az-ın xəbərinə görə, bununla da hadisə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Qeyd edək ki, Batuminin 26 May küçəsində yerli vaxtla saat 12:00 radələrində yeddimərtəbəli yaşayış binasının bir hissəsi çöküb. Axtarış-xilasetmə işlərinə 300-dək xilasedicinin cəlb edildiyi bildirilir.