İran hökuməti ABŞ Prezidenti Donald Trampı İnterpolun xəttilə axtarışa verib. Buna səbəb “Ağ ev” rəhbərinin adının İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının komandiri Qasım Süleymaninin qətlində sifarişçi olmasıdır. Bu barədə İranın Ali Məhkəməsinin rəsmisi Qulam Hüseyn İsmaili məlumat verib. Onun sözlərinə görə, ümumilikdə, ABŞ-ın 48 vətəndaşı iranlı generalın ölümündə təqsirli bilinərək beynəlxalq axtarışa verilib. İsmaili qeyd edib ki, hazırda İslam Respublikası qətlin araşdırılmasında 6 region ölkəsi ilə, əsasən də İraqla əməkdaşlıq edir.
İran Trampı İnterpolun axtarışına verdi
Oxunub: dəfə