Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница sosial Velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirildi
sosial

Velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirildi

11-10-2024 17:00 96 Просмотров
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıdakı bəzi velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirib.

"Tvit.az" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, paytaxtın Zərifə Əliyeva küçəsində velosiped yollarında 2 ədəd velosiped yol nişanı və 22 ədəd təhlükəsizlik səddi quraşdırılıb. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün Yusif Səfərov küçəsində də mikromobillik zolağında 22 ədəd təhlükəsizlik səddi yerləşdirilib.