Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница turizm İşə düzəltmək adı ilə bir neçə nəfəri aldadan şəxs tutuldu
turizm

İşə düzəltmək adı ilə bir neçə nəfəri aldadan şəxs tutuldu

11-10-2024 10:00 71 Просмотров
IMG

Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyindən "Tvit.az"a verilən məlumata görə, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Babək rayon sakini Babayev Məmmədbağır müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

“M.Babayevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə "102” Zəng Mərkəzinə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) telefon nömrələrinə məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.