Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница siyasət İlham Əliyev BRİKS sammitində iştirak edəcək
siyasət

İlham Əliyev BRİKS sammitində iştirak edəcək

10-10-2024 16:00 125 Просмотров
IMG

BRİKS-in Kazanda keçirilən sammitinə MDB ölkələrinin liderləri dəvət olunub və onların hamısı iştirak edəcəklərini təsdiqləyiblər. 

"Tvit.az" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə açıqlayıb. 

"Biz həmçinin Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu regional inteqrasiya birliklərinə sədrlik edən dövlətləri də dəvət etmişik", - o əlavə edib.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Kremldəki görüşdə Azərbaycan Prezidenti İlham Əliyevi şəxsən BRİKS-ə dəvət etmişdi. 

BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. Tədbirdə ən azı 26 dövlətin başçıları da daxil olmaqla ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir.