Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница turizm Həyat yoldaşını və 8 aylıq körpəsini öldürən şəxsə ömürlük həbs cəzası verildi
turizm

Həyat yoldaşını və 8 aylıq körpəsini öldürən şəxsə ömürlük həbs cəzası verildi

07-10-2024 15:00 99 Просмотров
IMG

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Tvit.az xəbər verir ki, Reроrt-un yerli bürosunun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda o, ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı da Fərid Hüseynlinin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.