Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница siyasət Prezident Ermənistana xəbərdarlıq etdi
siyasət

Prezident Ermənistana xəbərdarlıq etdi

04-10-2024 13:00 140 Просмотров
IMG

Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın.

Tvit.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb:

“Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”.