Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home turizm Qəbələdə üç nəfər güllələndi: İkisi öldü
turizm

Qəbələdə üç nəfər güllələndi: İkisi öldü

17-10-2024 22:00 58 Views
IMG

Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.

Bu barədə Tvit.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.