Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home turizm Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanıldı
turizm

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanıldı

12-10-2024 10:00 105 Views
IMG

Oktyabrın 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Tvit.az"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.