Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home turizm Vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürüldü
turizm

Vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürüldü

08-10-2024 10:00 85 Views
IMG

Göyçay  Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan "Tvit.az"a verilən məlumata görə, əməliyyat yolu ilə rayon sakinlərindən 2 ədəd tüfəng aşkarlanıb. Aparılan profilaktik tədbirlər nəticəsində isə 1 tapança və 7 ədəd sənədləri olmayan tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.