Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home turizm Evdən 9 min manat oğurlayan şəxs saxlanıldı
turizm

Evdən 9 min manat oğurlayan şəxs saxlanıldı

04-10-2024 19:00 102 Views
IMG

Babək rayonunda evlərin birindən 9000 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tvit.az-a bildirilib ki, Babək Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən B.Rüstəmov saxlanılıb.

Həyata keçirilən digər əməliyyat zamanı təmir etdiyi evdən oğurluq edən E.Əliyev də saxlanılaraq istintaqa təqdim olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.